[:az]On May 21, an international scientific conference on “Korea/Azerbaijan Relations” was held at Khazar University’s Neftchiler Campus. Instructors and students of Khazar University, representatives of the University of Seoul, South Korea, and SEBA (Seoul-Baku) Azerbaijan-Korea Cultural Exchange Association participated in the meeting.
Opening the conference, the founder of Khazar University and chairman of its Board of Directors and Trustees, Prof. Hamlet Isaxanli, introduced the guests and gave background information about Korea/Azerbaijan relations. The Dean of the Institute of Internatinoal Cooperation and Education of Seoul University, Professor Kim Seok Woo’s report on “Azerbaijan/South Korean Relations,” Dean of Khazar University School of Economics and Management, Professor Ingilab Ahmadov’s report on “Korean and Azerbaijani Economic Activity,” Professor of the Department of International Relations of Seoul University, Professor Se Hyun Ahn’s report on “Koguryeo (Korea)/Gokturk (Turk) Relations,” Director of Khazar University’s Korea Center, Mr. Lee Younhong’s report on “Azerbaijani and Korean Comparative Analysis,” Chairman of the Department of International Relations, University of Seoul, Professor Hwang Ji Hwan’s report on “The Current North Korean Crisis” were listened to and discussed by the participants of the conference. Representative of SEBA society, Elvina Gurbanzade, also made a presentation about the activities of the society.
At the end of the event, H. Isaxanli thanked the participants and emphasized that the conference was interesting and useful for everyone involved. A reception was given for the guests.
[:en]Mayın 21-də Xəzər Universitetinin Neftçilər kampusunda “Koreya-Azərbaycan əlaqələri” mövzusunda beynəlxalq elmi konfrans keçirildi. Konfransda Xəzər Universitetinin müəllim və tələbələri, Cənubi Koreyanın Seul Universitetinin və SEBA (Seul-Bakı) Koreya-Azərbaycan Mədəniyyət Mübadiləsi Cəmiyyətinin nümayəndələri iştirak etdilər.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı konfransı açaraq, qonaqları təqdim etdi, Koreya-Azərbaycan əlaqələri haqqında geniş məlumat verdi. Sonra Seul Universitetinin Beynəlxalq Əməkdaşlıq İnstitutunun dekanı, professor Kim Seok Woonun “Azərbaycan-Cənubi Koreya əlaqələri”, Xəzər Universitetinin İqtisadiyyat və menecment fakültəsinin dekanı professor İnqilab Əhmədovun “Koreya və Azərbaycanın iqtisadi fəaliyyətləri”, Seul Universitetinin Beynəlxalq əlaqələr departamentinin müəllimi professor Se Hyun Ahnın “Koguryeo (qədim Koreya) – Göktürk əlaqələri”, Xəzər Universitetinin Koreya mərkəzinin direktoru Li Younhongun “Azərbaycan dilinin Koreya dili ilə müqayisəsi”, Seul Universitetinin Beynəlxalq əlaqələr departamentinin müdiri professor Hwang Ji Hwanın “Çağdaş Simali Koreya böhranı” mövzularında çıxışları dinlənildi. SEBA cəmiyyətinin nümayəndəsi Elvinə Qurbanzadə cəmiyyətin fəaliyyəti haqqında geniş məlumat verdi.
Tədbirin sonunda H. İsaxanlı iştirakçılara təşəkkürünü bildirdi və konfransın tərəflər üçün maraqlı və faydalı olduğunu vurğuladı. Sonra qonaqlar üçün ziyafət verildi.
[:]