[:az]Martın 19-da Xəzər Universitetində texnoparkın inkişafı ilə bağlı iclas keçirildi. Universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı texnoparkın açılması ilə bağlı indiyə qədər görülən işlər haqqında məlumat verib bildirdi ki, 2012-ci ildə siyasət təhlili, ümumi quruluş planlaşdırılması, texnologiya, biznes baxımından inkişaf kimi hazırlıq işlər görülmüşdür. 2013-ci ildə isə texnopark iş qrupu fəaliyyətə başlamış, Xəzər Universitetinin İnnovasiya mərkəzi yaradılmışdır. İnnovasiya mərkəzi texnoparkın tərkibinə daxıl olunacaq biznesləri təşkil edən, qeydiyyatdan keçirən əsas qurum olacaq. Sonra İnnovasiya mərkəsinin direktoru Ayna Yusubova mərkəz haqqında ətraflı məlumat verdi.
İclasda texnoparkın ümumi siyasəti, 5 yeni biznes planı müzakirə olundu. Hal-hazırda robo-texnika, kinematoqrafiya, inşaat mühəndisliyi, elektronika və internet-media ilə məşğul olunacağı nəzərdə tutuldu. Gələcək bizneslər haqqında On3 Şirkətlər qrupunun nümayəndələri Aydın Əhmədzadə və Fərid Yusifoğlu, Xəzər Universiteti Elektron media mərkəzinin direktoru Alik Əlioğlu çıxış etdilər. Sonra isə yaxın gələcək üçün planlar müzakirə olundu. İclasda universitetin prorektoru Məhəmməd Nuriyev iştirak edirdi.
[:en]On March 19th, a meeting was held regarding the development of Khazar University Technopark. The founder of the university and Chairman of its Board of Directors and Trustees, Prof. Hamlet Isaxanli, opened the meeting and spoke about the work that has been accomplished so far in the direction of establishing a technopark. He noted that long negotiations began in 2012, including policy analysis, plans for the general structure, and development from the perspectives of both technology and business. In 2013, the technopark planning team began to operate, including establishment of Khazar University Innovation Center, which is the main body in coordinating and developmetn adn registration of start-ups. The director of the Innovation Center, Ayna Yusubova, made a presentation to introduce the center and its business plan.
The technopark’s general policy and its first five planned start-ups (which are planned to involve robotics, film and animation, construction engineering, electronics, and internet/media) were discussed at the meeting. Aydin Ahmadzadeh, Farid Yusifoghlu and Alik Alioghlu made presentations about the planned start-ups. A discussion was also held about making plans for the near future. Also participating in the meeting were Khazar University’s Vice President Mahammad Nuriyev, the dean of the School of Engineering and Applied Science, Siyavush Azakov, and other members of the university administration.
[:]