[:az]Martın 6-da Xəzər Universitetinin Mərmər salonunda 8 mart Beynəlxalq qadınlar gününə həsr olunmuş “Turan çələngi” adlı ədəbi-bədii kompozisiya keçirildi. Tədbirdə universitetin rəhbərliyi və əməkdaşları iştirak edirdilər.
Ədəbi-bədii müsamirəni giriş sözü ilə universitetin Musiqi və incəsənət departamentinin müdiri, pianoçu Zülfiyyə Sadıqova açdı.
Tədbir universitetin müəllimi, rəssam Afaq Kərimovanın ziyalı türk qadın obrazlarına həsr edilmiş əsərlərinin nümayişi və müəllif tərəfindən təhlili ilə davam etdirildi. Tədbirin müəllifi A.Kərimova Azərbaycan qadınının tarixdəki rolundan, onun ictimai-siyasi həyatdakı fəaliyyətindən söz açdı. Salonda respublikanın müxtəlif muzeylərinin eksponatları olan Qarabağ xanı İbrahim Xəlil xanın qızı Ağabəyim ağa Ağcanın, Xurşidbanu Natəvanın, Nigar Rəfibəylinin, Azərbaycanın görkəmlı ədibi Hüseyn Cavidin qızı Turan Cavidin, Kazım Qarabəkir Paşanın qızı Timsal xanımın portretləri nümayiş olunurdu. A. Kərimova çıxışında əsərlərin yaranma tarixindən danışdı.
Tədbirin maraqlı səhnələrindən biri də Türkiyənin görkəmli hərbi-siyasi xadimi, general Kazım Qarabəkir Paşanın qızı Timsal Qarabəkirin çıxışı oldu. Qonaq Azərbaycana gəlməyindən, Xəzər Universitetində olmağından qurur duyduğunu söylədi. Belə bir imkanı ona yaratdıqları üçün Turan Yaradıcılıq Mərkəzinə, Xəzər Universitetinə, xüsusən professor Hamlet İsaxanlıya öz minnətdarlığını bildirdi.
Universitet tələbələri Musiqi və incəsənət departamentinin müdiri pianoçu Zülfiyyə Sadıqovanın rəhbərliyi ilə Xürşidbanu Natəvanın, Nigar Rəfibəylinin sözlərinə bəstələnmiş mahnıları ifa etdilər.
Universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı qadınları 8 Mart bayramı münasibətilə təbrik edərək, qadınlara həsr etdiyi şeirlərindən parçalar söylədi. Müsamirə musiqiçilərin ifası ilə sona çatdı.
[:en]On March 6, a literary and artistic composition entitled “Turan Wreath” dedicated to 8 March, International Women’s Day, was held at the Marble Hall of the university. The administration and staff of the university participated in the event. The director of the Department of Music and Fine Arts of the university, pianist Zulfiyya Sadigova, opened the literary and artistic composition.
The event continued with an exhibition of the paintings of instructor of the university, artist Afag Karimova, which are devoted to images of Turkish intellectual women. They were explained by the artist. Afag Karimova, who was also the initiator of the event, spoke about the role of women through history in social and political life. The portraits of Agabeyim Agca, daughter of Ibrahim Khalil Khan of Karabakh Khan; Khurshudbanu Natavan; Nigar Refibeyli; Turan Javid, daughter of well-known writer, Huseyn Javid; and Timsal, daughter of Karabekir Kazim Pasha, were displayed in the hall. A. Karimova also spoke about her publications.
One of memorable moment in the event was the speech made by of Timsal Karabekir, daughter of Turkey’s outstanding military and political figure, General Kazim Karabekir Pasha. The guest said that she is proud to visit Azerbaijan and Khazar University. She thanked the Turan Creative Center, Khazar University, and particularly Professor Hamlet Isaxanli for this opportunity.
Then, led by the director of the Department of Music and Fine Arts of the university, pianist Zulfiyya Sadigova, university students performed songs based on Khurshudbanu Natavan and Nigar Refibeyli’s poems.
The founder of Khazar University and chairman of its Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, congratulated women on the occasion of March 8th and recited his poems devoted to women. The event ended with the musicians playing.
[:]