[:az]Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı fevralın 25-26-da Ankarada işgüzar səfərdə oldu.
YÖK-də keçirilmiş görüşdə YÖK Başkanı professor Gökhan Getinsaya ilə Xəzər Universiteti və Türkiyə Cümhuriyyəti universitetləri arasında qarşılıqlı maraq kəsb edən məsələlər üzrə əməkdaşlıq təklifləri müzakirə olundu. YÖK başkanı hər cür faydalı əməkdaşlığı dəstəkləyəcəklərini bildirdi. O, Xəzər Universitetinin Azərbaycan Təhsil Nazirliyi tərəfindən akkreditə olunmuş bütün proqramlarının (bu hər üç – bakalavr, magistr və doktor səviyyələrinə aiddir) YÖK tərəfindən tanındığını bildirdi.
Gazi Universitetində H. İsaxanlının rektor, professor Süleyman Büyükberber ilə görüşü zamanı iki universitet arasında yeni başlayacaq Mevlana proqramı üzrə müqavilə imzalandı. Bu proqrama əsasən, iki universitet arasında bütün səviyyələrdə tələbə və müəllim mübadiləsi Türkiyə hökuməti tərəfindən maliyyələşdiriləcək. Bu, Azərbaycan və Türkiyə universitetləri arasında ilk Mevlana proqramı müqaviləsidir.
H. İsaxanlı Hacettepe Universitetinin rektoru professor A. Murat Tuncerlə də görüşdü. İki universitet arasında əməkdaşlığın vacibliyi bildirildi və uyğun müqavilənin hazırlanması qərara alındı.
İşgüzar səfərin daha bir nəticəsi Xəzər Universitetində inşaat materialları laboratoriyası qurmaq haqqında H. İsaxanlı ilə UTEST Malzeme test cihazları şirkətinin direktoru Tarik Usanmaz arasında razılığın əldə edilməsi oldu. Bununla da Ankaraya ikigünlük işgüzar səfər başa çatdı.
[:en]On February 25-26, the founder of Khazar University and chairman of its Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, went on a business trip to Ankara.
At a meeting held at the Council of Higher Education, cooperation proposals on issues of mutual interest between Khazar University and Turkish universities were discussed with Chairman of the Council of Higher Education, Professor Gökhan Getinsaya. The chairman noted that he will support all useful cooperation. All programs of Khazar University accredited by the Ministry of Education (including all three levels available: bachelor’s, master’s and doctoral programs) are recognized by the Council of Higher Education.
During a meeting between Hamlet Isaxanli and the president of Gazi University, Professor Süleyman Büyükberber, a new agreement was signed about a Mevlana program which will start between the two universities. According to this program, the student and faculty exchanges at all levels between the two universities will be financed by the Turkish government. This is the first Mevlana program agreement between Azerbaijani and Turkish universities.
H. Isaxanli also met with the president of Hacettepe University, Professor A. Murat Tuncer. The importance of cooperation between the two universities was reported and a decision was made to prepare a contract accordingly.
One more result of the business trip was the agreement reached with the director of UTEST Material Testing Equipment, Tarik Usanmaz, about building a laboratory of construction materials at Khazar University. That was the conclusion of the two-day business trip to Ankara.
[:]