[:az]Dekabrın 18-də Xəzər Universitetinin “Dünya” konsert salonunda Azərbaycanın xalq artisti, dünya şöhrətli bəstəkar Arif Məlikova Xəzər Universitetinin Fəxri diplomunun təqdim olunması mərasimi keçirildi. Universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı mərasimi açaraq, A. Məlikova Xəzər Universitetinin Fəxri doktoru adı verilməsi haqqında universitetin Elmi-İnzibati Şurasının qərarını oxudu və Fəxri doktor diplomunu bəstəkara təqdim etdi. A. Məlikov universitet rəhbərliyinə təşəkkürünü bildirdi və “Musiqi mədəniyyəti” mövzusunda çıxış etdi. Mərasim peşəkar musiqiçilər, həmçinin, universitetin müəllim və tələbələri tərəfindən hazırlanmış, bəstəkarın əsərlərindən ibarət konsert-tamaşa ilə davam etdi.
Konsertdə ilk olaraq bəstəkarın fortepiano üçün yazılmış “Ötəri anlar” əsəri Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi Ülviyyə Hacıyevanın ifasında səsləndi. Nazim Hikmətin sözlərinə yazılmış ”Sən”, ”Yenə sən haqda”, ”Laylay”, ”Dayanın, lütf edin” romanslarını əməkdar artist, M.F.Axundov adına Opera və Balet Teatrının solisti Fəridə Məmmədova, əməkdar artist, Xəzər Universitetinin müəllimi Anar Şuşalı, Xəzər Universitetinin müəllimi Məhsəti Cabbarova ifa etdilər. ”Məhəbbət əfsanəsi” baletindən “Komdenin arzuları” Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi, Beynəlxalq müsabiqələr laureatı, skripkaçı Ceyla Seyidova tərəfindən fortepianoda əməkdar artist, professor Samirə Aşumovanın müşayiəti ilə ifa olundu. Sonra Arif Məlikovun ilk əsəri olan fortepiano üçün iki prelüdü Xəzər Universitetinin Musiqi və incəsənət departamentinin müdiri, pianoçu Zülfiyyə Sadıqovanın ifasında səsləndi. Sonda “Məhəbbət əfsanəsi” baletindən fraqment Xəzər Universiteti rəqs ansamblının ifasında ilk dəfə nümayiş etdirildi. Tamaşaya Xəzər Universitetinin müəllimi Səbinə Minasazova quruluş vermişdi.
Konsert-tamaşa iştirakçılar tərəfindən dəfələrlə gurultulu alqışlarla qarşılandı.
[:en]On December 18, a presentation ceremony was held to confer an Honorary Doctorate Diploma of Khazar University upon the Azerbaijani People’s Artist, world-renowned composer Arif Malikov, at the “World” Concert Hall of Khazar University. The founder of Khazar University and chairman of its Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, opened the ceremony by reading a decision of the Scientific/Administrative Council of the university to confer the Honorary Doctorate on A. Malikov. Then he presented the honorary degree to the composer. A. Malikov expressed gratitude to the university administration and made a presentation on “Musical Culture.”
The ceremony continued with a concert. Performances included works of the honored composer prepared by professional musicians as well as by teachers and students of the university.
At first, Malilov’s work “Superficial Moments” written for piano was performed by Professor of Baku Music Academy named after U. Hajibeyli, Honored Artist Ulviyya Hajiyeva. Honored Artist, singer of the Opera and Ballet Theatre named after M. Akhundov, Farida Mammadova; Honored Artist and instructor of Khazar University, Anar Shushali; and instructor of Khazar University, Mehseti Jabbarova performed the songs “You,” “Again, about you,” “Lullaby,” and “Stop, do a favor,” all of which are written to lyrics of the poet Nazim Hikmet.
Violinist Jeyla Seyidova, a student of Baku Music Academy named after U. Hajibeyli and laureate of international competitions, performed “Dreams of Komden” from the ballet “Legend of Love.” Honored Artist, Professor Samira Asumova accompanied the performance on the piano.
Then the first works of Arif Melikov, two piano preludes, were performed by Director of the Music and Fine Arts Department of Khazar University, pianist Zulfiya Sadigova. At the end of the concert, a selection from the ballet “Legend of Love” ballet was performed by Khazar University’s dance ensemble for the first time. Instructor of Khazar University, Sabina Minasazova, had choreographed the performance.
The concert performances were met with thunderous applause several times.
[:]