[:az]Noyabrın 30-da “Dünya” məktəbinin konfrans zalında F. Köçərli adına uşaq kitabxanası ilə birgə dahi Azərbaycan şairi Hüseyn Cavidin anadan olmasının 130 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbirin aparıcısı, “Dünya” məktəbinin dil-ədəbiyyat müəllimi, fəlsəfə doktoru Güntəkin Binnətova Hüseyn Cavidin ömür yolu və yaradıcılığı haqqında qısa məlumat verəndən sonra şagirdlərin ifasında şairin şeirləri dinlənildi.
Kinorejissor Ramiz Həsənoğlu rejissoru olduğu “Cavid ömrü” filminin çəkilişi ilə bağlı xatirələrini zaldakılarla bölüşdü. Xəzər Universitetinin təsissçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Hüseyn Cavidin yaradıcılığı haqqında fikirlərini söylədi və şairin “Qız məktəbi” şeirinin ideyasını şagirdlərə izah etdi.
Tədbirdə H. Cavidin həyat və yaradıcılığını əks etdirən film və əsərlərinin sərgisi nümayiş olundu.
[:en]On November 30, jointly coordinated with the children’s library named after F. Kocharli, an event dedicated to the 130th anniversary of the birth of the great Azerbaijani poet Huseyn Javid was held at the conference hall of “Dunya” School. After giving a brief introduction about the life and activity of Hussein Javid by the emcee of the event, language and literature teacher of “Dunya” School, Dr. Guntekin Binnatova, his poems were recited by students.
Filmmaker Ramiz Hasanoglu shared his memories about the shooting of the movie “Javid’s Life.” The founder and chairman of the Board of Directors and Trustees of Khazar University, Professor Hamlet Isaxanli, also spoke about his views on Huseyn Javid’s activity and explained idea of the poet’s “Girl’s School” poem to the students.
A movie reflecting H. Javid’s life and activity was shown, and the event was also accompanied by an exhibition.
[:]