[:az]Noyabrın 7-11-də Milanın yaxınlığındakı Vercelli şəhərində 8-ci Vətəndaş Poeziyası Festivalı keçirildi. UNESCO-nun da himayə etdiyi və hər il müxtəlif mövzularda və məkanlarda keçirilən festivalın bu ilki əsas mövzularından birincisi Azərbaycan oldu. Festivalda Azərbaycanı Xəzər Universiteti təmsil edirdi.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, şura sədrinin müşaviri Nailəxanım İsayeva, Xəzər Universitetinin musiqi və incəsənət departamentinin müəllimləri – xalq artisti, görkəmli xanəndə, professor Arif Babayev, əməkdar artist, tanınmış kamança ustası Mirnazim Əsədullayev və gənc istedadlı tarzən Ramin Rzayev festivalın əsas qonaqları sırasında idilər.
Festivalda Hamlet İsaxanlı çıxış etdi. O, Azərbaycan poeziyası haqqında məlumat verərək, poeziya və musiqi əlaqələri üzərində durdu. Azərbaycan musiqi mədəniyyətində muğamın yeri və onun mahiyyəti haqqında danışdı. O, Azərbaycan bəstəkarlıq məktəbində muğamın oynadığı rolu xüsusi vurğuladı.
Hamlet İsaxanlı hər 3 muğam sənətkarını festival iştirakçılarına təqdim etdi.
Muğam üçlüyünün konserti festival iştirakçılarını valeh etdi. Onların sürəkli alqışları, tamaşa salonunu tərk etmək istəməmələri, muğam ifasının davamına israr etmələri, konsertdən sonra öz heyranlıqlarını bildirmələri bunu təsdiq etdi.
Konsertdə həmçinin Nailəxanım İsayevanın bəstələdiyi musiqilər, Hamlet İsaxanlının sözləri ilə muğam və mahnılar ifa olundu.
Xəzər Universitetinin nümayəndələri festivalda Azərbaycan Respublikasının İtaliyadakı səfiri Vaqif Sadıxov və səfirlik işçiləri ilə də görüşdülər.
Vercelli şəhər meri Azərbaycan nümayəndə heyətini qəbul etdi. Festivalda İtaliyada yaşayan tarixçi Mixalil Talalay “Azərbaycan partizanları İtaliyada” mövzusunda çıxış etdi.
Hamlet İsaxanlı və Nailəxanım İsayeva “The University of Eastern Piedmont Amedeo Avogadro” universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Umberto Dianrani ilə görüşdülər, həmçinin “Uptodate Fashion Academy Milan”da oldular, qarşılıqlı maraqlı əməkdaşlıq ideyalarını müzakirə etdilər.
[:en]On November 7- 11, the 8th Festival of Civic Poetry was held in the city of Vercelli near Milan, Italy.
This poetry festival, which is supported by UNESCO, is held in various locations and on various topics. One of the main topics of the festival this year was Azerbaijan. Khazar University represented Azerbaijan at the festival.
Among the guests of the festival were the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, professor Hamlet Isaxanli; Advisor to the Chairman of the Board Nailakhanim Isayeva; and instructors of Department of Music and Fine Art of Khazar University including well-known singer and People’s Artist Arif Babaev, well-known kamancha player and Hnored Artist Mirnazim Asadullayev, and the talented young tar player Ramin Rzayev.
Hamlet Isaxanli made a presentation at the festival. He spoke about the relationship between poetry and music. He also spoke about mugham’s position and its essence in Azerbaijani music culture. He emphasized the special role of mugham in the Azerbaijani school of composition.
Hamlet Isaxanli introduced each of the 3 guest artists to the participants of the festival. A concert given by the mugham trio fascinated the participants of the festival. This was proven by their prolonged applause, reluctance to leave the concert hall, insistence on an encore and their amazement after the concert.
Mugham and songs written to the words of the poet Hamlet Isaxanli that were composed by Nailakhanim Isayeva were played at the concert.
At the festival, representatives of Khazar University met with Ambassador of the Azerbaijan Republic to Italy, Vagif Sadikhov, and embassy officers.
The mayor of the city of Vercelli hosted the Azerbaijani delegation. Talalay Mikhalil, a historian living in Italy, made a presentation on “Azerbaijani partisans in Italy” at the festival.
Hamlet Isaxanli and Nailakhanim Isayeva met with the vice president for International Relations of “University of Eastern Piedmont Amedeo avogadro” Umberto Dianrani, who had been at “Up-to-date Fashion Academy in Milan,” and they discussed interesting ideas for mutual cooperation.
[:]