[:az]Oktyabrın 5-i “Dünya” məktəbində sevincli günlərdən biri idi: dünyada ən çətin və məsuliyyətli peşəni şərəflə daşıyan müəllimlərimizin peşə bayramı idi. Bu günü daha xoş edən daha iki hadisə vardı: müəllimlərimizin yubileylərinin qeyd olunması və Məzun günü! Müəllimlər onlara aid olan bu əziz günü öz barları ilə birgə qeyd edirdilər.
Tədbirdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, Direktorlar və Qəyyumlar Şurası sədrinin müşaviri Nailəxanım İsayeva, Xəzər Universitetinin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli iştirak edirdilər.
Tədbir xoş əhval-ruhiyyə ilə başladı. Məktəb kollektivi 2011-2012-ci tədris ilinin məzunlarını – indiki tələbələri səmimiyyətlə təbrik etdi. Məzunların sinif rəhbəri Bilqeyis Zeynalova şagirdlərinin qazandıqları uğurlu nəticələrə görə bütün müəllimlərə minnətdarlıq bildirdi. Məzunlar “Dünya” məktəbinin keçmiş direktoru Nailəxanım İsayevaya gül dəstəsi təqdim etdilər.
Tədbirin yadda qalan məqamlarından biri də üç yubilyarın – Aida Həmzəliyeva, Mətanət Ağayeva və Məmmədrza Əsgərovun ad günlərinin qeyd edilməsi oldu. Hər biri üçün təbrik məktubu oxunduqdan sonra tort kəsildi. Ə. Əmirbəyli hədiyyə təqdim etdi. Aydan Nəsibova və Əvəz Muradov isə bütün şagirdlər adından müəllimlərini “Naz eləmə” rəqsi ilə təbrik etdilər.
Tədbirdə H. İsaxanlı müəllimləri peşə bayramları, yubilyarları ad günləri münasibətilə təbrik etdi, məzunlara təhsillərində uğurlar arzuladı.
Tədbirin sonunda Xəzər Universitetinin tələbəsi Elvin Əliyev universitetin Musiqi və incəsənət departamentinin müdiri, pianoçu Zülfiyyə Sadıqovanın müşayiəti ilə bəstəkar mahnılarını ifa etdi.
Mədinə Karahan
[:en]The 5th of October was a happy day at “Dunya” School : it was professional holiday of teachers, who have one of the most difficult, responsibility-laden and honorable professions in the world.
There were two more events that made this day pleasant: celebrating our teachers’ birthdays and Alumni Day!
The founder of Khazar University and chairman of its Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, Advisor on Humanitarian and Organizational Affairs Nailakhanim Isayeva, and Director of Public Relations and Media Alovsat Amirbeyli participated in the event.
The faculty sincerely congratulated graduates of the 2011-2012 academic year who have now entered universities. Head of the graduating class Bilgeyis Zeynalova thanked all the teachers for the successful results of their students. Graduates presented a bouquet of flowers to Nailakhanım Isayeva, former director of “Dunya” School. One of the memorable moments of the event was a celebration of the birthdays of Aida Hamzaliyeva, Metanet Aghayeva and Mammadrza Asgarov. After the reading of a congratulatory letter, a cake was cut for each teacher. A. Amirbeyli presented a gift. On behalf of all the students, Aydan Nasibova and Evez Muradov congratulated teachers with their “Naz Eleme”(Do not flirt) dance.
H. Isaxanli congratulated teachers on the professional holiday and the teachers who had birthdays. He also wished the graduates success in education.
At the end of the event, accompanied by Head of the Department of Music and Fine Arts of Khazar University, pianist Zulfiyya Sadigova, university student Elvin Aliyev performed songs.
Madina Karahan
[:]