[:az]Sentyabrın 30-da “Dünya” konsert salonunda 33-cü məzunluq mərasimi keçirildi. Mərasimdə məzunlar və onların valideynləri, tələbələr, universitetin rəhbərliyi və professor-müəllim heyəti, həmçinin Avrasiya Universitetlər Birliyinin (EURAS) İİ regional konfransında iştirak etmək üçün Türkiyədən gəlmiş qonaq – EURAS-ın prezidenti, İstanbul Aydın Universitetinin Direkrorlar və Qəyyumlar Şurasının sədri Mustafa Aydın iştirak edirdilər.
Mərasim Azərbaycan Respublikası Dövlət Himninin ifası ilə başlandı. Sonra söz Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlıya verildi. H. İsaxanlı məzunları təbrik edərək, yeni həyat yollarında onlara uğurlar arzuladı. O, universitetdə yaradılmış təhsil mühitindən və onun özünəməxsus xüsusiyyətlərindən, bu təhsil sistemi vasitəsilə yalnız ixtisasına yiyələnmiş mütəxəssislər yox, eyni zamanda hərtərəfli inkişaf etmiş gənc nəsil yetişdirilməsindən, universitetin professor-müəllim heyətinin gərgin və səmərəli işindən, universitetin dünyanın aparıcı ali məktəbləri ilə hərtərəfli əlaqələrindən, universitet üçün yeni binanın inşasına başlandığından və onun müasir standartlar səviyyəsində başa çatdırılacağından, maddi-texniki bazanın daim genişlənməkdə olmasından və texnopark yaradılmasına başlandığından, həmçinin universitetin gələcəkdə həyata keçirəcəyi geniş miqyaslı tədbirlərdən ətraflı bəhs etdi.
Sonra məzunlara diplomların verilməsi mərasimi başlandı. Bakalavr məzunlara diplomları universitetin prorektoru Rafiq Əhmədov, fakültə dekanları Siyavuş Azakov, İnqilab Əhmədov, Cabir Xəlilov, Elza Səmədova, baş müəllimlər Firəngiz Nəsirova və Kəmalə Əsgərova təqdim etdilər.
Magistrlərə diplomları Hamlet İsaxanlı və Mustafa Aydın təqdim etdilər. Mustafa Aydın çıxış edərək, məzunları təbrik etdi və onlara gələcək əmək fəaliyyətlərində uğur qazanmaq üçün tövsiyələrini söylədi.
Tələbələr çıxış edərək, universitet rəhbərliyinə və müəllim kollektivinə minnətdarlıq bildirdilər, Xəzər Universitetinin andını söylədilər və müəllimləri ilə xatirə şəkilləri çəkdirdilər.
Mərasimin ikinci hissəsində iştirakçılara universitetin Musiqi və incəsənət departamentinin tələbələrin iştirakı ilə hazırladığı konsert proqramı təqdim olundu.
[:en]On September 30th, Khazar University’s 33rd Graduation Ceremony was held in the “World” concert hall. Graduates and their parents, students, administration and faculty of the university participated in the ceremony, along with a guest who came from Turkey to participate in the II regional conference of Eurasian Universities Association (EURAS), President of EURAS, chairman of the Board of Directors and Trustees of Istanbul Aydin University, Mustafa Aydin.
The ceremony began with the national anthem of the Azerbaijan Republic. Then the floor was given to the founder of Khazar University and chairman of its Board of Directors and Trustees, Professor Hamlet Isaxanli. H. Isaxanli congratulated the graduates and wished them success in their future lives. He talked about educational environment created at the university and its distinctive features, saying that the education system trains not only qualified experts but also develops the young generation. He also noted the efficient and hard work of the university faculty, multilateral relations with the world’s leading universities, and university projects including the construction of a new campus meeting all modern standards, the continual development of the university’s material and technical foundation, and future large-scale endeavors such as the creation of an industrial park.
Then diplomas were presented to the graduates. Vice President of the university Rafig Ahmadov; deans of schools Siyavush Azakov, Ingilab Ahmadov, Jabir Khalilov, and Elza Samadova; and senior instructors Firangiz Nasirova and Kamala Asgarova presented bachelor’s diplomas to graduates.
Hamlet Isaxanli and Mustafa Aydin presented master’s diplomas. Mustafa Aydin congratulated the graduates and gave them recommendations for the future success of their activities.
Students making presentations expressed their gratitude to the administration and faculty, and photos were taken with their instructors.
In the second part of the ceremony, a concert was given by the university’s Department of Music and Fine Arts with the participation of students.
[:]