[:az]Oktyabrın 2-də Bakıda EURAS-ın koordinasiyası, Bakı Dövlət Universiteti və Bakı Asiya Universitetinin dəstəyi, Xəzər Universitetinin ev sahibliyi ilə EURAS-ın “Cənubi Qafqaz Avrasiya qonşuluğunda” mövzusunda İİ regional konfransı keçirildi. Konfransda EURAS-a üzv olan universitetlərin təmsilçiləri, Azərbaycanın hakimiyyət orqanlarının və universitetlərinin nümayəndələri, Milli Məclisin üzvləri, alim və mütəxəssislər iştirak edirdilər.
Xəzər Universitetinin Mərmər salonunda işə başlayan konfransı giriş sözü ilə EURAS-ın vitse-prezidenti, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlı açdı və konfransın açılış mərasiminə sədrlik etdi. H. İsaxanlı konfrans iştirakçılarını və qonaqları salamlayaraq, konfransın əhəmiyyətindən, müzakirə olunacaq mövzunun aktuallığından danışdı.
Sonra sədrlik edən çıxış üçün BDU-nun rektoru Abel Məhərrəmov, Bakı Asiya Universitetinin rektoru Cəlil Nağıyev, EURAS-ın prezidenti, İstanbul Aydın Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri Mustafa Aydın, Azərbaycan Respublikası təhsil nazirinin müavini Qulu Novruzov, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov və Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevə söz verdi. Onlar çıxışlarında EURAS-ın təhsil və elm sahəsində inteqrasiya vasitəsi olması etibarilə mühüm bir beynəlxalq qurum kimi yaradılması və fəaliyyətindən, ötən dövrdə həllini tapmış və həllini gözləyən məsələlərdən, o cümlədən quruma üzv olan universitetlərin diplomlarının tanınması üçün görülməli olan işlərdən və digər mətləblərdən bəhs etdilər, konfransın işinə uğurlar arzuladılar.
EURAS-ın prezidenti Mustafa Aydın H. İsaxanlıya, Xəzər Universitetinin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyliyə və konfransın açılışında çıxış edən hökumət nümayəndələri və universitet rəhbərlərinə EURAS-ın xatirə hədiyyələrini təqdim etdi.
Sonra konfrans işə başladı. Alim və mütəxəssislərin mövzu ilə əlaqədar məruzələri dinlənilib, müzakirə olundu.
EURAS-ın II regional konfransı həmin gün işini başa çatdırdı.
[:en]On October 2, 2012, with the coordination of EURAS and supported by Baku State University and Baku Asia University, Khazar University hosted the II EURAS Regional Conference, “South Caucasus in the Eurasian Neighborhood.” The representatives of the member universities of EURAS, representatives of Azerbaijani authorities and universities, members of the National Assembly, scientists and experts participated in the conference.
The conference was opened in the Khazar University Marble Hall by the Vice President of EURAS, the founder of Khazar University and chairman of its Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, who also moderated the opening ceremony of the conference.
H. Isaxanli welcomed the conference participants and guests, talking about the importance of the conference and the importance of the issue to be discussed.
Then he passed the floor to the President of Baku State University Abel Maharramov, President of Baku Asia University Jalil Nagiyev, President of EURAS, chairman of the Board of Directors and Trustees of Istanbul Aydin University, Mustafa Aydin, Deputy Minister of Education of the Azerbaijan Republic Gulu Novruzov, Head of the Nizami District Executive Power Tahir Budaqov and President of Odlar Yurdu University Ahmad Valiyev. In their presentations, they spoke about EURAS’s foundation and activity as an important international organization working toward integration in education and academic fields; problems that have been solved in the recent past and problems that remain to be solved, including the recognition of EURAS member universities’ diplomas; and other issues. They wished success to the conference participants.
EURAS’s president, Mustafa Aydin, presented EURAS gifts to H. Isaxanli, Director of Public Relations and Media of Khazar University Alovsat Amirbeyli, and the government officials speaking at the opening of the conference.
Then the conference began. Scientists and experts’ reports on the theme were presented and discussed. The II Regional Conference of EURAS completed its work on the same day.
[:]