[:az]Xəzər Universitetinin rektoru professor Con Rayderin ikiillik müqavilə müddəti bitdiyinə görə iyunun 28-də universitetin “Mərmər zal”ında onun şərəfinə vida məclisi təşkil olundu. Məclisdə kabinetin üzvləri, dekanlar, departament müdirləri, dəvət olunmuş qonaqlar – Qafqaz Universitetinin rektoru professor Ahmet Sanıç, Niderland krallığının Azərbaycandakı səfiri Arjen Uijterlinde, Princton Universitetinin professoru Michael Reynolds və digərləri iştirak edirdilər.
Məclisi universitetin Xarici əlaqələr üzrə prorektoru Fərda Əsədov açaraq, iştirakçıları salamladı və ilk sözü universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlıya verdi. H. İsaxanlı Con Rayderin rektor seçilməsi ilə bağlı 2 il bundan öncə gördüyü işlərdən danışdı. Azərbaycanda ilk dəfə həyata keçirilən belə rektor təyinatının müsbət rezonans yaratdığını qeyd etdi. O, Con Rayderin Xəzər Universitetindəki ikiillik fəaliyyətini yüksək qiymətləndirdi və gələcək fəaliyyətində ona uğurlar arzuladı. Prorektorlar Məhəmməd Nuriyev, Rafiq Əhmədov və dekanlar da çıxış edərək Con Rayderə öz ürək sözlərini ünvanladılar. Qonaqlardan isə professor Ahmet Sanıç və Arjen Uijterlinde çıxış etdilər, Con Rayderə gələcək işlərində müvəffəqiyyətlər arzuladılar.
Sonra söz Con Rayderə verildi. O, ikiillik təəssüratlarını tədbir iştirakçıları ilə bölüşdü və bu müddət ərzində birgə çalışdığı əməkdaşlara minnətdarlığını bildirdi.
Tədbirin sonunda universitet adından Con Rayderə onun Xəzər Universitetində ikiillik fəaliyyətini əks etdirən şəkil albomu hədiyyə edildi və xatirə şəkilləri çəkdirildi.
[:en]On June 28th, a farewell party was organized at the university’s “Marble Hall” in honor of President of Khazar University, Professor John Ryder, on the occasion of the end of the two-year term of his contract. Participants in the event included university cabinet members, deans, department heads, and invited guests such as the president of Qafqaz University Professor Ahmet Saniç, Ambassador of the Kingdom of Netherlands Arjen Uijterlinde, Princton University professor Michael Reynolds and others.
Vice president for International Affairs of the university Farda Asadov opened the ceremony and welcomed the participants, then the floor was given to the founder of Khazar University and chairman of its Board of Directors and Trustees, Professor Hamlet Isaxanli. H. Isaxanli spoke about John Ryder’s activities and about his election as president. He noted that this type of presidential appointment, carried out for the first time in Azerbaijan, created positive resonance. Vice presidents Mohammed Nuriev, Rafig Akhmedov and deans made presentations wishing him the best. Guests Professor Ahmet Saniç and Arjen Uijterlinde also spoke and wished future success to John Ryder.
Then the floor was given to John Ryder. He shared his memories from his two years at Khazar with the participants and thanked his colleagues.
At the end of the event, a photo album reflecting the two years was presented to John Ryder on behalf of the university as a gift and photos were taken.
[:]