[:az]İyunun 26-27-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı, Humanitar işlər üzrə sədrin müşaviri Nailəxanım İsayeva və İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli Cəlilabad rayonunda fəaliyyət göstərən iş adamı, WOODPECKER (Ağacdələn) şirkətinin sahibi Əliyar Əliyevin dəvəti ilə Cəlilabad rayonunda işgüzar səfərdə oldular. Qonaqları şirkətin sahibi Əliyar Əliyev və Direktor müşaviri Günay xanım Rzayeva səmimi qarşıladılar. Həmin gün şirkətin baş ofisində Xəzər Universiteti və Woodpecker şirkəti arasında gələcək layihələrin birgə işlənməsinə dair geniş müzakirələr aparıldı. Müzakirələrdən sonra qonaqlar şirkətin fabriki və rayon ərazisində yerləşən təhsil ocaqları və müəssisələrlə yaxından tanış oldular, şirkətin nəzdində fəaliyyət göstərən S. Bəhlulzadə adına Rəssamlıq Dərnəyinin sərgisində oldular və şagirdlərlə görüşdülər. H.İsaxanlı gənc rəssamlara tövsiyələrini verdi.
Səfərin ikinci günü H. İsaxanlının rəhbərlik etdiyi nümayəndə heyəti rayonun Göytəpə şəhərində yerləşən şəhid M. Mürsəlov adına Cəlilabad Peşə Liseyində oldular. Liseyin direktoru, H. İsaxanlının keçmiş tələbəsi Etibar Sadıqov müəllimini və qonaqları səmimi qarşılayaraq, onları rəhbərlik etdiyi kollektivin müəllimləri, peşə liseyinin fənn laboratoriyaları və diyarşünaslıq muzeyi ilə tanış etdi. Xəzər Universitəsi, onun təsisçisi, H. İsaxanlı haqqında xoş sözlər söylədi.
Elə həmin gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Xəzər Universitetinin və Woodpecker şirkətinin nümayəndələrini qəbul etdi. H.İsaxanlı rayon icra hakimiyyətinin başçısına universitet haqqında geniş məlumat verərək, təhsil sahəsində qarşıda duran vəzifələrdən danışdı. Yaxın gələcəkdə Xəzər Universiteti ilə birlikdə görüləcək işlər müzakirə edildi.
[:en]On June 26-27, the founder of Khazar University and chairman of its Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, Advisor on Humanitarian and Organizational Affairs Nailaxanim Isayeva, and Director of Public Relations and Media Alovsat Amirbeyli went on a business trip to Jalilabad at the invitation of Aliyar Aliyev, a businessman in Jalilabad and the owner of the Woodpecker company. Mr. Aliyev and Advisor to the Director Gunay Rzayeva welcomed the guests. The same day, discussions on the joint development of future projects were made between Khazar University and Woodpecker at the company’s head office. After the discussions, the guests toured the company’s factory as well as other educational institutions and establishments located in the region. They also met with students and viewed an exhibition of the S. Bahlulzadeh Art Society, which is affiliated with the company.
On the second day of the visit, the delegation headed by H. Isaxanli visited Jalilabad Professional Lyceum named after martyr M. Mursalov located in the Goytapa district. Director of the lyceum, H. Isaxanli’s former student Etibar Sadigov, welcomed his guests warmly, introduced them to the team of teachers he leads, and showed them the Lyceum’s vocational laboratories and ethnographic museum. He said kind words about Khazar University and its founder, H. Isaxanli.
On the same day the head of the Executive Power of Sumgait City Aziz Azizov
hosted the representatives of Khazar University and the Woodpecker company. Giving detailed information about the university, H. Isaxanli spoke about the duties in the field of education to the head of the executive power. Upcoming projects in conjunction with Khazar were discussed.
[:]