[:az]Aprelın 1-də Xəzər Universitetinin Mərkəz kampusunda 32-ci buraxılış mərasimi keçirildi. Aparıcılar məzunları təntənəli şəkildə salona dəvət etdikdən sonra universitetin professor-müəllim heyəti alqışlar altında salona daxil oldu. Azərbaycan Respublikasının dövlət himni ilə mərasimin rəsmi açılışı elan edildi. Açılışdan sonra ilk söz Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlıya verildi. [:en]On April 1st, the 32nd Graduation Ceremony was held at Khazar University’s downtown campus. After the emcees invited the graduates to the hall, the university faculty entered to the sound of applause. The official opening ceremony was begun with the national anthem of the Azerbaijan Republic. After the opening ceremony, the floor was passed to the founder of Khazar University and chairman of its Board of Directors and Trustees, Professor Hamlet Isaxanli.
H. Isaxanli sincerely welcomed the participants of the ceremony, heartily congratulating the graduates and wishing them great success in the future. President of Khazar University Professor John Ryder also congratulated the graduates. Then the emcees declared the most exciting moment of the ceremony: the presentation of diplomas.[:][:az]
H. İsaxanlı mərasim iştirakçılarını səmimi salamladı, məzunları ürəkdən təbrik etdi və onlara gələcəkdə böyük uğurlar arzuladı. Universitetin rektoru professor Con Rayder də məzunları təbrik etdi. Sonra aparıcılar mərasimin ən həyəcanlı anını elan etdilər: yəni, diplomların təqdim edilməsinə başlandı. İlk olaraq səhnəyə Mühəndislik və tətbiqi elmlər, İqtisadiyyat və menecment fakültələrinin, sonra Humanitar və sosial elmlər, Tibb, Hüquq və Təhsil fakültələrinin məzunları sıra ilə səhnəyə dəvət olundular. Məzunlara diplomları C. Rayder, Akademik işlər üzrə prorektor Məhəmməd Nuriyev, İdarəetmə və tələbə işləri üzrə prorektor Rafiq Əhmədov, magistratura, doktorantura və elmi işlər bölməsinin müdiri, prorektor müavini Eldar Şahgəldiyev, Mühəndislik və tətbiqi elmlər fakültəsinin dekanı Siyavuş Azakov, İqtisadiyyat və menecment fakültəsinin dekanı İnqilab Əhmədov, Humanitar və sosial Elmlər fakültəsinin dekanı Cabir Xəlilov, Təhsil fakültəsinin dekanı Elza Səmədova, müəllimlərdən Firəngiz Nəsirova və Kəmalə Ağayeva təntənəli şəkildə diplomları məzunlara təqdim etdilər və xatirə şəkilləri çəkildi.
Təntənəli mərasimin ən yadda qalan anlarından biri universiteti fəxri diplomla bitirmiş məzunların səhnəyə dəvət edilməsi oldu. Həmin məzunlara – Mühəndislik və tətbiqi elmlər fakültəsindən Aysel Bəşirovaya və Kassem Hijaziyə, Humanitar və sosial elmlər fakültəsindən Fəridə Məmmədovaya, Təhsil fakültəsindən Şəlalə Yusifzadəyə və magistr Marta Lauriyə Fəxri diplomları H. İsaxanlı, C. Rayder, Tarix və arxeologiya departamentinin müdiri Roza Arazova və Kompüter elmləri departamentinin müdiri Leyla Muradxanlı təqdim etdilər. Sonda məzunların şərəfinə konsert verildi.
[:en]
Graduates of the School of Engineering and Applied Sciences and Economics and Management first, then from the Schools of Humanities and Social Sciences, Medicine, Law and Education, were invited to the stage in turn. J. Ryder, Vice President for Academic Affairs Mahammad Nuriyev, Vice President for Administration & Student Affairs Rafig Ahmadov,
Head of Graduate Studies and Research Department and Associate Vice President Eldar Shahgaldiyev, Dean of the School of Engineering and Applied Sciences Siyavush Azakov, Dean of the School of Economics and Management Ingilab Ahmadov, Dean of the School of Humanities and Social Sciences Jabir Khalilov, Dean of the School of Education Elza Samadova, and instructors Firangiz Nasirova and Kamala Agayeva ceremonially presented diplomas to the graduates and photos were taken.
One of the most memorable moments of the ceremony was the invitation to the stage of graduates who had earned honor diplomas. H. Isaxanli, J. Ryder, Head of the Department of History and Archaeology Roza Arazova, and Head of the Department of Computer Science Leyla Muradkhanli presented honorary diplomas to Aysel Bashirova and Kassem Hijazi from the School of Engineering and Applied Sciences, Farida Mammadova from the school of Humanities and Social Sciences, and to Shalala Yusifzade and master student Marta Lawry from the Department of Education. At the end, a concert was given in honor of the graduates.
[:]