[:az]Xəzər Universitetində 8 mart – Beynəlxalq qadınlar günü münasibətilə bayram şənliyi keçirildi. Universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, prorektorlar Məhəmməd Nuriyev, Rafiq Əhmədov və digərləri çıxış edərək, qadın əməkdaşları təbrik etdilər, onlara cansağlığı, ailə səadəti və işlərində müvəffəqiyyətlər arzuladılar. Bayram şənliyi musiqinin müşayiəti ilə davam etdi, iştirakçılar rəqs edib şənləndilər.[:]