2024-cü il mayın 21-də Xəzər Universiteti Beynəlxalq əlaqələr şöbəsinin təşkilatçılığı və əcnəbi tələbələrin iştirakı ilə Beynəlxalq mədəniyyət günü  qeyd olunub.

Qeyd edək ki,bu tədbir Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) Dialoq və İnkişaf naminə hər il mayın 21-də Ümumdünya Mədəni Müxtəliflik Gününə həsr olunur.

 Xəzər Universitetinin rektoru Dos. İradə Xəlilova tədbiri  açaraq,  iştirakçıları salamlayıb və uğurlar arzulayıb.

Tədbir müxtəlif ölkələrin himnləri ilə başlayıb  və moda şovu ilə davam edib. Daha sonra beş müxtəlif ölkəni təmsil edən tələbələrimiz tərəfindən maraqlı musiqi və rəqs nömrələri  təqdim olunub.

 Məlumat üçün  bildirək  ki, Xəzər Universiteti bu günədək dünyanın 60-dan çox ölkəsindən  olan beynəlxalq tələbələrinə ev sahibliyi edir. Beynəlxalq mədəniyyət günündə müxtəlif ölkələrdən olan əcənəbi tələbələr ənənəvi musiqi, rəqs nümayişləri, mədəni təqdimatlar, sərgilər və yeməklərin təqdimatı vasitəsilə ölkələrinin mədəniyyətini təqdim ediblər. İştirakçı ölkələr sırasına Əfqanıstan, Çin, Komor adaları, Qana, İndoneziya, Malayziya, Pakistan, Rusiya, Syera-Leone, Mərakeşi misal göstərmək olar.

Tədbirdə eyni zamanda İndoneziya Respublikasının Azərbaycandakı Səfirinin 3-cü katibəsi Wanda Widya, Beynəlxalq Qızıl Xaç Komitəsində İmmiqrantların təhsili üzrə mütəxəssis Sona Hacıyeva, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyinin üzvləri Nigar Ağayeva və Ayan Muxtarlı iştirak ediblər.

 Kahramanmaraş Sütçü İmam Universitetinin rektoru Prof. Dr. Alptekin Yasım, rektor assistentləri Prof. Dr. Nuri Kahveci və Prof. Dr. Orhan Doğan, baş katib Ali Rıza Bekler  də tədbirə qatılıblar.  Prof. Akad. Hamlet İsaxanlı və Prof. Dr. Alptekin Yasım  bu cür mədəniyyət mübadiləsinə istiqamətlənən tədbirlərin vacibliyi barədə nitq söyləyıblər.

Tədbirin sonunda müxtəlif ölkələrin məxbəxlərinin təqdimatı baş tutub.

khazar.org