2024-cü il mayın 25-də Azərbaycan Respublikası Təhsil Cəmiyyəti,  “Təhsilli Gələcək” Təhsilin İnkişafı İctimai Birliyi və Xəzər Universoitetinin  birgə təşkilatçılığı ilə Xəzər Universitetinin    Fikrət Əmirov Konfrans- Konsert Mərkəzində Respublika 1-ci  Milli Təhsil Zirvəsi keçirilib. Millət vəkilləri Ceyhun Məmmədovun, Pərvin Kərimzadənin, SDU-nun rektoru Rüfət Əzizovun, “STEAM Azərbaycan”ın rəhbəri İlqar Nəzərovun, TGTİ sədri Sona Əliyevanın və Əməkdar artist Fərqanə Qasımovanın iştirakı ilə baş tutan  toplantıda  Xəzər Universiteti Təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının  sədri  Prof. Akad. Hamlet İsaxanlı “Təhsildə Dəyişikliklərin İdarə Olunması” mövzusunda  geniş məruzə ilə çıxış edib.

Sonda Hamlet İsaxanlıya  plaket təqdim edilib.

khazar.org