Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, Riyaziyyat departamentinin professoru, akademik Hamlet İsaxanlının və eyni departamentin professoru Biləndər Allahverdiyevin “Titchmarsh-Weyl theory for impulsive q-Dirac equation” (“İmpulsiv q-Dirak tənliyi üçün Titçmarş-Veyl nəzəriyyəsi”) adlı birgə məqaləsi “International Journal of Geometric Methods in Modern Physics” jurnalında (2024, Cild 21, № 2) dərc edilmişdur. Qeyd edək ki, “International Journal of Geometric Methods in Modern Physics” jurnalı “Web of Science” və “Scopus” verilənlər bazalarında indeksləşdirilib.

Bu məqalədə impulsiv q-Dirak tənliyi üçün Titçmarş-Veyl nəzəriyyəsi tədqiq edilir.

Məqaləyə keçid:

https://www.worldscientific.com/doi/10.1142/S021988782450049X

https://www.worldscientific.com/worldscinet/ijgmmp 

khazar.org