2024-cü il fevralın 9-da Özbəkistan Navoi İnnovasiyalar Universitetinin təsisçisi Urolbek Normuratov, universitetin prorektoru Prof. Şerzod Atamuradov və digər şəxslər Xəzər Universitetində oldular. Qonaqları Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof. Akad. Hamlet İsaxanlı qəbul etdi. H.İsaxanlı qonaqlara universitetin yaradılması və bu günə kimi gördüyü işlər haqqında danışdı.
Özbəkistanlı qonaqlar Navoi İnnovasiyalar Universiteti haqqında məlumat verdilər. Onlar bundan sonra Xəzər Universiteti ilə ikitərəfli əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını bildirdilər. Xəzər Universitetinin rektoru Dos. İradə Xəlilova qonaqlara universitetdə həyata keçirilən tədris haqqında məlumat verdi. Görüşün sonunda H.İsaxanlı qonaqlara kitablarını hədiyyə verdi.
İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli qonaqları universitetlə tanış etdi.