2023-ci il oktyabrın 12-də Xəzər Universitetində Türkiyənin Ankara Sosial Elmlər Universitetinin nümayəndələri ilə görüş keçirilib.

Görüşdə Ankara Sosial Elmlər Universitetinin rektoru Prof.Dr. Musa Kazım Arıcan, ümumi işlər üzrə katib Serdar Çalımlı, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof. Akad. Hamlet İsaxanlı, universitetin rektoru Dos. İradə Xəlilova, Tədris işləri üzrə prorektor Məhəmməd Nuriyev, İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli, Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil fakültəsinin magistratura işləri üzrə koordinatoru Məhəmməd Eldarov, Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Orxan Vəliyev, Beynəlxalq əlaqələr ofisinin rəhbəri Fatimə Vəliyeva iştirak ediblər.

Görüş zamanı ümumi işlər üzrə katib Serdar Çalımlı və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fatimə Vəliyeva tərəfindən universitetlər haqqında təqdimat nümayiş olunub. Görüşün müzakirə mövzusu qarşılıqlı əlaqələrin gücləndirilməsi olmuş və qarşılıqlı anlaşma müqaviləsi imzalanmışdır.

Görüşün sonunda hədiyyə mübadiləsi olub.

khazar.org