Kanadalı tədqiqatçı Hamlet İsaxanlının “Mənim Qarabağım və ya Qarabağ düyünü” adlı kitabına rəy yazmışdır
Kanadalı tədqiqatçı Dr. Moussa Baccus Hamlet İsaxanlının “Mənim Qarabağım və ya Qarabağ düyünü” adlı kitabına rəy yazmışdır. O, kitabın həqiq sülh arzusunda olan müəllif tərəfindən yazıldığını və Ermənistan-Azərbaycan münaqişəsinə obyektiv fikir bildirildiyini vurğulamışdır.
Rəy 2023-cü ilin iyul ayında “Ottawa Journal of International and Public Affairs” (“Ottava Beynəlxalq və İctimai Əlaqələr Jurnalı”nın (OJIPA) 1-ci cildində dərc edilmişdir.
Rəyin PDF variantını təqdim edirik.