2023-cü il oktyabrın 5-6 da Xəzər Universitetinin koordinatorluq etdiyi Azərbaycanda İnstitusional Repozitoriyalar (Elektron Arxivlər) şəbəkəsi vasitəsilə – DIRNA adlı Erasmus+ layihəsinin ilk idarəedici görüşü keçirildi.
Xəzər Universitetində keçirilən görüşdə həm Azərbaycandan (Xəzər Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Gömrük Akademiyası, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti), həm də Avropadan ( Jyvaskyla Universiteti-Finlandiya, L’Aquilla – İtaliya, İzmir Yüksək Teknoloji Enstitüsü (İYTE) – Türkiyə) olan tərəfdaş universitetlər iştirak etdi.
Tədbirin rəsmi açılış hissəsi Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad Hamlet İsaxanlının giriş nitqi ilə başladı. Sonra universitetin rektoru Dos. İradə Xəlilova və Azərbaycan Milli ERASMUS+ ofisinin direktoru Pərviz Bağırov çıxış etdilər.
Avropa Komissiyasının layihə koordinatoru Rosalba Nardelli görüşə onlayn qoşuldu və tərəfdaş universitetlərə uğurlar dilədi.
Tədbir zamanı tərəfdaş universitetlərin təqdimatları oldu.
İki günlük görüş müddətində layihə çərçivəsində nəzərdə tutulmuş işlərin planı, maliyyə məsələləri, hər bir tərəfdaş universitetin layihədəki rolu və cavabdeh olduğu işlər, potensial risk və onların həll olunması yolları müzakirə olundu.