2023-cü il sentyabrın 5-də Xəzər Universitetində İndoneziyanın İslam Malanq Universitetinin nümayəndələri ilə görüş olmuşdur.
Görüşdə İslam Malanq Universitetinin rektoru Prof. Dr. Masyuki Bakri, Prorektorlar Prof. Dr. Badat Muwakhid və Prof. Dr. İstirochah Pujiwati Efendi və Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Prof. Dr. İmam Wahyudi Karimullah, Indoneziya Respublikasının Azərbaycandakı səfirliyinin katibi Wanda Widya, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı, universitetin rektoru Dos. İradə Xəlilova, Tədris işləri üzrə prorektor Məhəmməd Nuriyev, Beynəlxalq əlaqələr üzrə prorektor Vlad Alex Vernygora, İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli, Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı Elza Səmədova, İqtisadiyyat və Menecment fakültəsinin dekanı Ceyhun Məmmədov, Təbiət elmləri və mühəndislik fakültəsinin dekanı Fəxrəndə Əfəndiyeva, Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil fakültəsinin elmi işlər üzrə dekan müavini Günel Bahəddinova, Beynəlxalq Əlaqələr ofisinin əməkdaşları Fatimə Vəliyeva, Arzu Bədəlova və Turan Əlizadə iştirak etmişdir.
Görüş zamanı İslam Malanq Universiteti ilə Xəzər Universiteti arasında əməkdaşlıq əlaqələrinin qurulması müzakirə olunmuş və bu barədə anlaşma müqaviləsi imzalanmışdır.
Görüşün sonunda hədiyyə mübadiləsi olmuşdur.
Qeyd edək ki, İslam Malanq Universiteti böyük və nüfuzlu bir universitet qurmaq arzusunda olan ictimai xadimlər və islam alimləri tərəfindən təsis edilmişdir.