2023-cü il iyunun 21-23-də Türkiyənin Manisa Celal Bayar Universitetinin rəhbərliyi Xəzər Universitetində oldu.

İlk gündə keçirilən görüşdə Manisa Celal Bayar Universitetinin rektoru professor Ahmet Ataç, rektorun həyat yoldaşı Sevda Ataç, Beynəlxalq əlaqələr ofisinin koordinatoru Betül Bülbül Oğuz, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı, universitetin rektoru dosent İradə Xəlilova, Beynəlxalq əlaqələr üzrə prorektor Vlad Alex Vernygora, İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli, Keyfiyyətin təminatı mərkəzinin direktoru Lyudmila Sotova, Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı Elza Səmədova, Təbiət elmləri və mühəndislik fakültəsinin dekanı Fəxrəndə Əfəndiyeva, İqtisadiyyat və menecment fakültəsinin dekanı Ceyhun Məmmədov, İqtisadiyyat və biznes yüksək təhsil fakültəsinin dekanı İnqilab Əhmədov, Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil fakültəsinin dekan müavini Məhəmməd Eldarov, Fizika və elektronika departamentinin müdiri Fəridə Tatardar, İngilis dili və ədəbiyyatı departamentinin müdiri Milana Abbasova, Beynəlxalq əlaqələr ofisinin koordinatoru Fatimə Vəliyeva iştirak etdilər.

Görüşdə ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi üçün təhsil müəssisələri arasında tərəfdaşlıq və akademik əlaqələrin gücləndirilməsi istiqamətində müzakirələr aparıldı.

Görüşün sonunda hər iki tərəf bir-birinə hədiyyə təqdim etdi.

İyunun 23-də Manisa Celal Bayar Universitetinin rəhbərliyi ilə Xəzər Universitetinin Təbiət elmləri və mühəndislik fakültəsi və Humanitar, təhsil və sosial elmlər fakültəsi dekanlarının, departament müdirlərinin görüşü keçirildi.

İlk görüşdə Manisa Celal Bayar Universitetinin rektoru professor Ahmet Ataç, Xəzər Universitetinin Təbiət elmləri və mühəndislik fakültəsinin dekanı Fəxrəndə Əfəndiyeva və departament müdirləri iştirak etdilər. Hər iki universitetin müvafiq fakültələri arasında əməkdaşlıq, həmçinin birgə elmi tədqiqatlar haqqında geniş müzakirə aparıldı.

Digər görüşdə isə Manisa Celal Bayar Universitetinin Beynəlxalq əlaqələr ofisinin koordinatoru Betül Bülbül Oğuz, Manisa Celal Bayar Universitetinin rektorunun həyat yoldaşı Sevda Ataç, Xəzər Universiteti Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı Elza Səmədova və departament müdirləri iştirak etdilər. Hər iki universitetin müvafiq fakültələrinin departamentləri arasında uyğun istiqamətlərdə əlaqələr qurulması danışıq mövzusu oldu.

Qeyd edək ki, Xəzər Universiteti 1992-ci ildə Manisada qurulmuş Manisa Celal Bayar dövlət universiteti ilə 2018-ci ildən bəri əməkdaşlıq edir.

khazar.org