Seriyanın “Sürəyya Ağaoğlu və Tezer Ağaoğlu (Taşkıran)” adlı ikinci kitabı Xəzər Universiteti Nəşriyyatında çapdan çıxmışdır.

Qeyd edək ki, kitablar seriyası görkəmli pedaqoq Nailəxanım İsayevanın “Dünya” məktəbində yaradılmış muzeyində yer tutan – Azərbaycan mədəniyyətinə töhfə verən 100 qadını əhatə edəcək və seriyanın ideya müəllifi, layihə rəhbəri və redaktoru, həmçinin “Nurcahan və Mümütaz Mahal” adlı 1-ci kitabın müəllifi Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlıdır.

“Sürəyya Ağaoğlu və Tezer Ağaoğlu (Taşkıran)” adlı ikinci kitabın müəllifi “Dünya” məktəbinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Mədinə Karahandır. Kitab Azərbaycanın görkəmli dövlət və ictimai xadimi Əhməd bəy Ağaoğlunun qızlarının həyat və fəaliyyətinə həsr olunmuşdur. Nəfis şəkildə hazırlanmış kitabda mətnlər maraqlı tarixi fotolarla müşayıət olunur.

khazar.org