Xəzər Universitetinin təsisçisi Hindistanın Azərbaycandakı səfiri ilə görüşmüşdür

2023/05/26

2023-cü il mayın 24-də professor, akademik Hamlet İsaxanlı Hindistanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhanan ilə səfirlikdə görüşmüşdür.

Görüşdə elmi-mədəni əlaqələrin genişlənməsi yönündə məsələlər müzakirə olunmuşdur. Eyni zamanda, Xəzər Universitetinin fəaliyyətindən də söz açılmış, Hamlet İsaxanlının müəllifi olduğu “Tac Mahal” librettosu əsasında Əməkdar incəsənət xadimi Ceyhun Allahverdiyevin hazırladığı “Tac Mahal” baleti haqqında da söhbət aparılmışdır.

khazar.org