2023-cü il mayın 12-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı Azərbaycan Respublikasının Prezidentinin İqtisadi məsələlər və İnnovasiya üzrə köməkçisi Şahmar Mövsümovla görüşmüşdür.
Görüşdə Azərbaycanda iqtisadi məsələlər, Qarabağ iqtisadi rayonunda təhsil və təlim, o cümlədən peşə təhsili problemləri müzakirə olunmuşdur. Həmçinin, Xəzər Universitetinin inkişaf perspektivləri və infrastrukturundan da söhbət açılmışdır.