Kitab Nailəxanım Muzeyində yer tutan ”Tarixdə iz salan, Azərbaycan mədəniyyətinə töhfə verən qadınlar” seriyasının ilk məhsuludur. Muzeydəki guşədə elm, təhsil, musiqi, teatr, kino-film, siyasət, idarəetmə və hərb kimi sahələrdə hünər göstərmiş (həyatda olmayan) Azərbsycan əsilli qadınlar təmsil olunmuşlar. Bu, Azərbaycanda görkəmli qadınları əhatə edən ilk və tək muzey nümunəsidir.

Seriyanın ilk kitabının müəllifi Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlıdır. Kitab Böyük Moğollar dövründə yaşamış iki məşhur qadın – Azərbaycan türkləri Nurcahan və Mümtaz Mahalın həyat və fəaliyyətinə həsr olunmuşdur.

Kitabda oxuculara məşhur “Tac Mahal” abidəsi və 2020-ci ildə bəstəkar Ceyhun Allahverdiyevin Hamlet İsaxanlının librettosu əsasında “Tac Mahal” baletini yazması haqqında da məlumat verilir.

Xəzər Universitetinin Nəşriyyatında nəfis şəkildə buraxılmış kitabda miniatür rəssamlıq məktəbinin gözəl nümunələri də verilmişdir.

khazar.org