2022-ci il oktyabırın 10-da Özbəkistanın Diplomat Universiteti ilə görüş keçirilmişdir.
Görüşdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı, rektor dosent İradə Xəlilova, Tədris işləri üzrə prorektor Məhəmməd Nuriyev, Beynəlxalq əlaqələr üzrə prorektor Vlad Vernygora, İqtisadiyyat və menecment fakültəsinin dekanı Ceyhun Məmmədov, Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı Elza Səmədova, Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil fakültəsinin dekanı Səidə Şərifovə və Beyəlxalq əlaqələr üzrə koordinator Arzu Bədəlova, qarşı tərəfdən isə Diplomat Universitetinin rektoru Elyor Mahmudov və Pekin Xarici Tədqiqatlar Universitetinin Asiya Araşdırmaları Məktəbinin Azərbaycan dili şöbəsinin rəhbəri Aqşin Əliyev iştirak etmişlər.
Görüşdə ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə dair müqavilə imzalanmış və təhsil müəssisələri arasında tərəfdaşlıq və akademik əlaqələrin gücləndirilməsi istiqamətində müzakirələr aparılmışdır.
İmzalanma mərasiminin sonunda tərəflər arasında hədiyyə mübadiləsi olmuşdur.