2022-ci il mayın 25-də Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin təşəbbüsü ilə universitetin Mərmər zalında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104-cü ildönümü münasibətilə tədbir keçirildi.
Tədbirin açılışında Xəzər Universitetinin rektoru İradə Xəlilova, universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin mahiyyəti və tariximiz üçün olan önəmi haqqında danışdılar.
Tədbirin ilk hissəsində universitetin Musiqi və incəsənət departamentinin təşkilatçılığı ilə musiqi və şeirlər səsləndirildi, rəqslər nümayiş etdirildi. Universitetintələbələrindən ibarət xor kollektivi və rəqs qrupu tərəfindənAzərbaycan Respublikasının Dövlət Himni, “Çırpınırdı Qara Dəniz”, “Çanaqqala” mahnıları ifa olundu, “Zəfər rəqsi” və “Qazaxı” rəqsi nümayiş etdirildi, Tarix və arxeologiya departamentinin müəllimi Kəmalə Mustafayeva Məhəmməd Hadinin “Türkün nəğməsi” adlı şeirini əzbər söylədi.
Tədbirin ikinci hissǝsindǝ isǝ Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası Tarix kafedrasının müdiri Firdovsiyyǝ Əhmǝdova, Bakı Dövlət Universiteti və Xəzər Universitetinin müəllimi Nəsiman Yaqublu və AMEA Tarix İnstitutunun əməkdaşı Vasif Qafarov öz çıxışlarında Azǝrbaycan Xalq Cümhuriyyǝtinin yaranmasını və süqutunu şǝrtlǝndirǝn geosiyasi amillǝr və həmin dövr demokratik-hüquqi dövlǝtçilik anlayışı haqqında fikirlərini bildirdilər.
Tədbirin yekununda Tarix və arxeologiya departamentinin müdiri Telman Nüsrətoğlu çıxış edərək, 28 May gününün anlamını və önəmini bir daha vurğuladı.