Kitab üçün müxtəlif ölkələri təmsil edən 34 məşhur elm və sənət adamlarına məqalələr sifariş olunmuşdur. Keçmiş Sovet ölkələrini Hamlet İsaxanlı təmsil etmişdir. Məqalə öncəsi onun haqqında aşağıdakı məlumat verilmişdir:
Hamlet İsaxanlı azərbaycanlı riyaziyyatçı, elm və mədəniyyət tarixçisi, yazıçı, Xəzər Universitetinin təsisçisi, 1991-ci il aprel ayından 2010-cu il sentyabr ayınadək universitetin rektoru vəzifəsində çalışmışdır. Hal-hazırda Direktorlar və Qəyyumlar Şurasının sədri, Dünya Məktəbinin təsisçisi, nəşriyyat təsisçisi, həmçinin şeir tərcüməçisi, müəllim və redaktordur. O, Avrasiya Akademiyasının təsisçi üzvüdür. Çox vaxt polimat adlandırılan Hamlet İsaxanlının akademik və ədəbi əsərləri riyaziyyat, humanitar və sosial elmlərin bir çox sahələrində tədqiqatlar, poeziya və yaradıcı yazı kimi geniş sahələri əhatə edir.
Bu kitabda professor Hamlet İsaxanlının “Regional müxtəliflik: Qafqazdan baxış” adlı məqaləsi dərc olunub. Professor Hamlet İsaxanlı məqaləsində Azərbaycan-Ermənistan münaqişəsinin tarixi səbəblərini təsvir edir, həmçinin erməni xalqının Azərbaycan folklorunda və ədəbiyyatında əks olunmasına diqqət çəkir. H.İsaxanlı, həmçinin sülh şəraitində birgə yaşayışın təmin edilməsi və regionun inkişafı üçün Qafqaz xalqları arasında mədəni əməkdaşlığın və qarşılıqlı anlaşmanın əhəmiyyətini vurğulayır. Azərbaycan əsrlər boyu müxtəlif etnik qrupların yan-yana yaşadığı və bir-birinin mədəniyyətinə töhfələr verdiyi multikultural mühiti qoruyur.