2022-ci il fevralın 25-də Xəzər Universitetində İsmayıllı şəhərində yerləşən Niyal Kurslarının müəllim kollektivi və dinləyiciləri ilə görüş keçirilmişdir. Universitetin Psixologiya Mərkəzinin direktoru Mələk Kərimova vaxtın idarə edilməsi, imtahan prosesində həyəcanın aradan qaldırılması və səmərəli çalışma metodları ilə bağlı seminar keçirmişdir. Universitetin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli Xəzər Universiteti haqqında geniş çıxış etmişdir. Dillər və ədəbiyyatlar departamentinin müəllimi Ülvi Babasoy abituriyentləri ən çox maraqlandıran suallara cavab vermişdir.
Universitetin rektoru dosent İradə Xəlilova tədris prosesi ilə bağlı ətraflı məlumat vermişdir. Universitetin təsisçisi, Dirrektorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı abituriyentlərin ixtisas seçimi, orta məktəb təhsilinin əhəmiyyəti haqqında öz tövsiyələrini vermiş və bütün abituriyentlərə uğurlar arzulamışdır. Xəzər Universitetinin IV kurs tələbələri Yeganə Cəfərova və Kübra Bağırova da tələbəlik həyatı və universitetlə bağlı təəssüratlarını bölüşmüşlər.
Sonda Niyal Kurslarının müəllim kollektivi və abituriyentlər Xəzər Universitetinin maddi-texniki bazası ilə yaxından tanış olmuş, Hərbi Qənimətlər Parkını gəzmiş və Şəhidlər xiyabanını ziyarət etmişlər.