2021-ci il dekabrın 2-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar şurasının sədri professor, akademik Hamlet İsaxanlı Yaradıcı yazı (Creative Wrting) fənni çərçivəsində “Nizami Gəncəvinin coğrafi məkan və tarix fəlsəfəsi” mövzusunda ustad dərsi keçmişdir. Əvvəlcə bədii üslub, onun ifadə imkanlarından bəhs edən H.İsaxanlı Azərbaycanın müətəfəkkir şairi Nizami Gəncəvinin yaradıcılığında məkan və zaman (xronotop) problemlərindən geniş söhbət açmışdır. Şairin çoxqatlı yaradıcılığında təcəssüm olunan dünya mədəniyyətlərinin, tarixinin, coğrafiyasının fərqli aspektlərdən öyrənilməsinin vacibliyini vurğulamışdır. N.Gəncəvinin “Yeddi gözəl” və “İskəndərnamə” poemalarını təhlilə cəlb edərək, coğrafi determinizm, tarix və bədii həqiqət məsələlərini geniş şərh etmişdir. Bundan başqa, H.İsaxanlı Nizami irsinin sovet dövrü tərcümələrində ideologiyanın mahiyyətindən gələn təhriflərin olduğunu da söyləmişdir.
Ustad dərsinin sonunda tələbələrin mövzu ilə bağlı sualları cavablandlrılmışdır.