2021-ci il dekabrın 3-də İngilis dili və ədəbiyyatı departamenti görkəmli Amerika yazıçısı Teodor Drayzerin 150 illik yubileyi münasibətilə seminar keçirdi. Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxsanlı giriş sözü ilə Drayzerin ədəbi yaradıcılığına və onun ictimai-siyasi baxışlarına tənqidi münasibətin təkamülü prosesindən bəhs etdi.

Bakı Slavyan Universitetindən olan qonaq məruzəçi Dr. Rahilə Qeybullayeva müəllifin həyat və yaradıcılığı ilə bağlı məkanlar haqqında təəssürat və düşüncələrini bölüşdü.

Seminarın əsas məruzəçisi, Azərbaycan Dillər Universitetinin əməkdaşı Dr. Nurlana Nuriyeva Drayzerin Bakı səfəri kimi həyatının az məlum olan məqamları haqqında çıxış etdi.

Sonra universitetin müəllim və tələbələrinin, qonaqların iştirakı ilə müzakirələr aparıldı.

khazar.org