2021-ci il sentyabrın 5-də Neftçala rayonunda rayonun dilçi alimlərinin və Heydər Əliyev Mərkəzinin təşəbbüs və təşkilatçılığı ilə “AZLİNG2021-Azərbaycan dili və müasirdilçilik: problemlər, perspektivlər və çağırışlar” adlı beynəlxalq elmi konfrans keçirilib.
Onlayn formatda keçirilən konfransda AMEA-nın Dilçilik İnstitutu, Ədəbiyyat İnstitutu və Şərqşünaslıq İnstitutunun, ölkənin bir sıra universitetlərinin, həmçinin Çin və Avstraliyadan olan türkoloq alim və mütəxəssislərin çıxış və məruzələri dinlənilmişdir.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı da konfransda məruzə ilə çıxış etmişdir. Professor məruzəsində dilin ictimai bir hadisəkimi fəlsəfi aspektlərinə toxunub və müasir dilçilik tədqiqatlarında fəlsəfi baxışların önəmini vurğulayıb.
AZƏRTAC tədbir haqqında xəbər yayımlayıb:
https://azertag.az/xeber/AZLING2021__Azerbaycan_dili_ve_muasir_dilchilik_problemler_
perspektivler_ve_chagirislar_adli_elmi_konfrans_kechirilib-1868827