2021-ci il iyunun 25-də Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Nizami Gəncəvi İli” çərçivəsində xarici və ölkə alimlərinin iştirakı ilə “Nizami Gəncəvinin əsərlərində ümumbəşəri ideyalar” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.
Onlayn formatda keçirilən konfransda yerli universitetlərdən,Türkiyə, Özbəkistan, Norveç, Rumıniya, Tatarıstan, Sloveniya və Hindistandan tanınmış alimlər və mütəxəssislər iştirak ediblər.
ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov konfrans iştirakçılarını salamlayaraq, Nizami Gəncəvinin ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığının nəinki ölkəmizdə, dünya ədəbiyyatında da əvəzsiz yeri olduğundan söz açıb.
Yerli və xarici mütəxəssislər çıxış edərək, Nizami Gəncəvinin fenomenal bəşəri irsindən, humanizm, insana məhəbbət, yüksək əxlaq, estetik zövq, tərbiyə və bilik mənbəyi olan əsərlərindən danışıblar.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı konfransda “Nizaminin ideya, coğrafiya və tarix dünyası” (“Nizami’s world of ideas, geography, and history”) mövzusunda çıxış edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunub və ölkədə silsilə tədbirlər keçirilməsi davam edir.
AZƏRTAC və digər saytlar tədbir haqqında ətraflı xəbər yayımlamışlar.
https://azertag.az/xeber/Aqrar_Universitetde_Nizami_Gencevi_Ili_
cherchivesinde_beynelxalq_elmi_praktik_konfrans_kechirilib-1816639