Xəzər Universitetinin “Dünya” məktəbində Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Bu münasibətlə məktəbə dəvət edilən Xəzər Universiteti və “Dünya” məktəbinin təsisçisi professor Hamlet İsaxanlı, “525-ci qəzet”in baş redaktoru, şair, publisist Rəşad Məcid Qarabağ mövzusunda şagirdlərin suallarını cavablandırıblar.
Şagirdlərlə H.İsaxanlının “525-ci qəzet”də dərc edilən “Mənim Qarabağım və ya Qarabağ düyünü” adlı yazısı müzakirə olunub. Sonra məktəbin rəqs müəllimləri və şagirdləri Xocalı faciəsinə ithaf edilən rəqs kompozisiyası nümayiş etdiriblər. Olduqca səmimi və maraqlı keçən görüş Vətən müharibəsində qazanılan zəfər haqqında uşaqların hiss və düşüncələrini ifadə edən videoçarxın nümayişi ilə başa çatıb.
“525-ci qəzet”in 2021-ci il 26 fevral tarixli nömrəsində tədbirhaqqında xəbər dərc olunub:
https://525.az/news/163128-dunya-mektebinde-xocali-faciesi-anildi-fotolar