2021-ci il fevralın 22-də keçirilmiş görüşdə Xəzər Universiteti və “Dünya” məktəbinin təsisçisi professor Hamlet İsaxanlı da iştirak etmişdir. H.İsaxanlı Azərbaycan və Türkiyə – iki qardaş ölkənin qarşılıqlı şəkildə tarixinin, ədəbiyyatının, mədəniyyətinin, sənət dünyasının daha dərindən öyrənilməsinin zəruriliyini vurğulamış, belə görüşlərin keçirilməsinin təqdirəlayiq olduğunu bildirmişdir. Professor, həmçinin, dünya miqyaslı şair-mütəfəkkirlərin yaradıcılığını öyrənməyin hər bir şagird üçün vacibliyini qeyd etmişdir.

Eyni zamanda Bilkent Universiteti rektor yardımçısı Kürşat Aydoğan da çıxışı zamanı belə bir tədbirin təşkilini yüksək qiymətləndirmiş, iştirakçılara minnətdarlığını çatdırmışdır.

Onlayn konfransa aşağıdakı link vasitəsilə baxmaq olar:

https://www.youtube.com/watch?v=FghIlswotRA 

khazar.org