2021-ci il fevralın 23-də Meksikanın Azərbaycandakı səfiri Rodrigo Labardini Xəzər Universitetində oldu.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, universitetin rektoru dosent İradə Xəlilova, Beynəxalq əlaqlələr ofisinin direktoru Dr. Səidə Əliyeva, İqtisadiyyat və menecment fakültəsinin dekanı Dr. Ceyhun Məmmədov, Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Dr. Elmar Mustafayev ilə görüşən səfir Labardini Meksika universitetləri ilə Xəzər Universiteti arasında mümkün əməkdaşlıq perspektivlərini – tələbə və müəllim mübadiləsi, müştərək konfrans və vorkşopların təşkili kimi məsələləri müzakirə etdi.