2021-ci il yanvarın 9-da Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar Məsələlər üzrə şöbə müdiri professor Fərəh xanım Əliyeva ilə görüşdü.
Görüşdə Azərbaycanda elm, təhsil və mədəniyyətin inkişafı məsələləri müzakirə olundu.
Hamlet İsaxanlı Fərəh xanım Əliyevaya Xəzər Universitetinin Kampus layihəsi və Xəzər Universitetində yeni elm və təhsil sahələrinin inkişafı barədə ətraflı məlumat verdi.