2021-ci il yanvarın 7-də Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini Əli Hüseynli ilə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və Hüquq departamentinin müdiri dosent Cabir Xəlilov arasında Milli Məclis binasında görüş keçirilmişdir.

Görüşdə 2020-ci il Vətən müharibəsi, onun nəticələri, bərpa işləri, xalqlararası münasibət kimi məsələlər müzakirə edilmişdir. Milli Məclisin fəaliyyəti və Xəzər Universitetinin əldə etdiyi uğurlar, həmçinin, Xəzər Universitetinin inkişafı məsələlərinə toxunulmuş, Xəzər Universitetində hüquq proqramlarının təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır. Görüş səmimiyyət və işgüzarlıq şəraitində keçmişdir.

khazar.org