Xəzər Universitetinin Nəşriyyatında “Tac Mahal” baletinin librettosu Azərbaycan, rus və ingilis dillərində çapdan çıxıb. Üç pərdəli baletin libretto müəllifi Xəzər Universitetinin təsisçisi, yazıçı, şair, tərcüməçi və humanitar elmlər sahəsində tədqiqatçı, professor Hamlet İsaxanlı, bəstəkarı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq kafedrasının professoru, Əməkdar incəsənət xadimi Ceyhun Allahverdiyevdir.
Balet əsəri Böyük Moğol İmperiyasının məşhur hökmdarlarından biri Cahan şah və arvadı Mümtaz Mahalın həyatından bəhs edir və Cahan şahın Mümtaz Mahal üçün tikdirdiyi və sonradan dünya memarlıq sənətinin incilərindən biri kimi məşhurlaşmış Tac Mahal abidəsinin adını daşıyır.
Librettonun çap olunduğu kitabçada libretto müəllifi və bəstəkarın Azərbaycan, rus və ingilis dillərində qısa bioqrafiyaları da verilmişdir. Professor Hamlet İsaxanlının ensiklopedik, polimat alim kimi tanındığı və Ceyhun Allahverdiyevin əsərlərinin dünyanın bir sıra ölkələrində ifa olunduğu qeyd edilir.