2020-ci il yanvarın 21-də Xəzər Universitetinin Həyat elmləri departamentinin təşəbbüsü ilə “Bitkilərdə klassik və yeni nəsil sekvnator vasitəsilə genlərin xəritələşdirilməsi (Using classical and next generation sequencing based DNA markers for mapping genes in plants)” adlı elmi seminar keçirildi. Seminar Türkiyənin Bursa Uludağ Universitetinin Aqronomluq fakültəsinin alimləri professor Ahmet İpek və Dr. Sevin Teoman Duran tərəfindən aparıldı. Təqdimatda Azərbaycanın müxtəlif elm mərkəzlərindən –Xəzər Universiteti, Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu, AMEA Genetik Ehtiyatlar İnstitutu, Bakı Dövlət Universiteti, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu, Qərbi Kaspi Universitetindən dəvət olunmuş alimlər, mütəxəssislər və tələbələrin iştirakı ilə baş tutdu. Eyni zamanda, seminarda Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, universitetinin rektoru dosent İradə Xəlilova, həmçinin, Azərbaycanda fəaliyyət göstərən “Razi Rice” şirkətinin təsisçisi və rəhbəri cənab Fərid Axundov və həmin şirkətin cənub bölgəsi üzrə koordinatoru cənab Rüfət Əskərov da iştirak edirdilər. Tədbir ümumilikdə interaktiv keçərək, iştirakçılar tərəfindən yüksək qiymətləndirildi. Tədbirin sonunda Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova professor Ahmet İpek ilə gələcək perspektivləri müzakirə etməklə, özəl sektor ilə dövlət sektorunun birgə layihə planları haqqında fikir mübadiləsi apardılar. Daha sonra dəvət edilmiş qonaqlara sertifikat və hədiyyələr təqdim olundu.