2020-ci il yanvarın 16-da Türkiyə Cümhuriyyətinin Bakıdakı Səfirliyinin Təhsil üzrə müşaviri Dr.Nihat Büyükbaş Xəzər Universitetində oldu. O, universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı ilə görüşdü. H.İsaxanlı qonağa Xəzər Universitetinin quruluş tarixi və bu günə kimi universitetin gördüyü işlər haqqında geniş məlumat verdi. H.İsaxanlı qonağa İstanbulda ikinci dəfə nəşr olunmuş “Hazana övgü” kitabını hədiyyə etdi. Nihat Büyükbaş səmimi qəbul üçün H.İsaxanlıya dərin təşəkkürünü bildirdi və onu Bakı Türk Anadolu Liseyinin müəllim və şagird kollektivi ilə görüşə dəvət etdi.

khazar.org