2019-cu il noyabrın 29-da Azərbaycan İlahiyyat İnstitutu, Bakı Yunus Əmrə Institutu, Türkiyənin Kırıkkale Universiteti və Fuat Sezgin İslam Elm Tarixi Araşdırmaları Vəqfinin birgə təşkilatçılığı ilə “Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına töhfələri” mövzusunda elmi-praktik konfrans keçirildi. Konfransda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının Sədri professor Hamlet İsaxanlı da iştirak etdi. O, konfrans zamanı İslam dünyasının Qızıl çağında elmin inkişafı səbəbləri, sonrakı geriləmə və çağdaş zamanımızdakı canlanma haqqında danışdı. Bundan əlavə, professor Hamlet İsaxanlı elm adamları, hökumət və iş dünyası birliyinin həyati vacibliyini vurğuladı.
Ölkənin bir sıra saytları konfrans haqqında xəbər yaymışlar:
http://www.movqe.az/news/sosial/146163.html
https://metbuat.az/news/1300055/muselman-alimlerinin-elm-ve-texnologiyanin-inkisafina-tohfel.html
https://az.trend.az/azerbaijan/society/3156240.html