2019-cu il noyabrın 18-də “Azadlıq Radiosu” internet səhifəsində bəzi müstəqil təhlilçilərə də istinadən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin bəzi rəqəmlərinin siyasiləşmiş olması haqqında yazı dərc etmişdir.
Radionun sorğusuna cavab verən Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının üzvü, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı bu iddianı aydın və qəti şəkildə təkzib etmişdir. Professor demişdir: “Quruma heç bir siyasi təzyiq yoxdur. İlk toplantımızda sədrin özü bizə dedi ki, dövlət rəhbərliyi bizdən tələb edib ki, hər şey necə var elə olsun, dəqiq olsun. Çünki statistika mühüm göstəricidir, biz nə vəziyyətdə olduğumuzu bilməliyik ki, inkişaf proqramımızı quraq. Düşünsəm ki, orda vəziyyət başqa cürdür, heç vaxt oranın üzvü olmazdım.”
Geniş məlumat aşağıdakı linkdə:
https://www.amerikaninsesi.org/a/az%c9%99rbaycanda-ill%c9%99rdir-n%c9%99-artan-n%c9%99-d%c9%99-azalan-5-faiz-i%c5%9fsizlik-/5171156.html