2019-cu il fevralın 25-də Xəzər Universitəsinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı “Azersun Holding”-də şirkətin prezidenti Abdolbari Goozalla görüşdü. H.İsaxanlı Abdolbari Goozala Xəzər Universiteti, Avrasiya Akademiyası və digər qurumlar haqqında geniş məlumat verdi, son zamanlar çapdan çıxmış kitablarını ona təqdim etdi. Görüş zamanı gələcəkdə bir sıra əməkdaşlıq proqramlarının həyata keçirilməsi qərara alındı. Görüşdə universitetin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli iştirak edirdi.