2019-cu il fevralın 23-də Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) Xocalı Soyqırımının 27-ci ildönümü ilə əlaqədar Türkiyə Səfirliyinin Nuru Paşa salonunda anım mərasimi keçirdi. Əvvəlcə Xocalıda həlak olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. ATİB İdarə Heyətinin sədr müavini Avni Dəmirçi 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalıda yaşanmış XX əsrin ən böyük faciəsi haqqında geniş məlumat verdi.
Anım mərasimində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Bakı Dövlət Universitetinin dosenti Boran Əziz, Anadolu Universitetinin dosenti Mehmet Topal və digərləri çıxış edərək, o gecə Xocalıda yaşanan dəhşətlərdən danışdılar.
Anım mərasimində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı geniş məruzə ilə çıxış edərək, son yüz ildə Azərbaycan türklərinə qarşı törədilən cinayətlərdən, həmçinin, 27 il bundan öncə erməni qəsbkarları və onların himayədarları tərəfindən vəhşicəsinə həyata keçirilən Xocalı faciəsindən danışdı. H.İsaxanlı təəssüflə qeyd etdi ki, hələ də bu günə kimi Xocalı Soyqırımına siyasi və hüquqi qiymət verilməmişdir.
Anım mərasimində İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli iştirak edirdi.