2019-cu il yanvarın 10-da tanınmış psixiatr, Münhen Psixiatrik Fenomik və Genomika İnstitutunun (IPPG) direktoru professor Thomas G. Schulze Xəzər Universitetinin qonağı oldu. Universiteti ziyarəti zamanı Pr. Schulze Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı ilə də görüşdü.
Görüş zamanı qonağın təmsil etdiyi qurumla Xəzər Universiteti arasında elmi tədqiqatlar sahəsində qarşılıqlı əməkdaşlığa dair müzakirələr aparıldı.
Görüşdə Xəzər Universitetinin Elmi işlər üzrə prorektoru dosent İradə Xəlilova, Bioloji elmlər departamentindən genetika mütəxəssisi dosent Cavid Ocaqi, Psixologiya departamentinin koordinatoru Mələk Kərimova da iştirak edirdilər.