2018-ci il dekabrın 3-də BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi cənab Qulam İshaqzai və Fələstin Dövlətinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Nasir A.Karim Xəzər Universitetini ziyarət etdilər və Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və universitetin rəhbərliyi ilə qarşılıqlı maraqlı məsələlər barəsində danışıqlar apardılar. Görüşün ardınca, hər iki qonaq Xəzər Universitetində təşkil olunan və Fələstin Dövlətinin səfirinin təqdim etdiyi Fələstin Xalqı ilə Beynəlxalq Həmrəylik Gününə həsr olunmuş seminarda iştirak etdilər.

khazar.org