2018-ci il noyabrın 30-da Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Qazaxıstan Almatı Menecment Universitetinin (AlmaU) prorektoru Ruslan Kojaxmetovla görüşdü. Görüşdə universitetin rektoru Dr. Hassan Niknafs, Tədris işləri üzrə prorektor Məhəmməd Nuriyev, İdarəetmə və tələbə işləri üzrə prorektor İsaxan İsaxanlı da iştirak edirdilər.
Görüşün məqsədi əməkdaşlıq imkanlarını müzakirə etmək və Anlaşma Memorandumu imzalamaq idi. Qarşılıqlı maraq doğuran məsələlər müzakirə edildikdən sonra tərəflər arasında Anlaşma Memorandumu imzalandı.